Heç bilirsiniz ki, “Maxi.az"ın mənə bağışladığı hədiyyə ilə braziliyalı Şakiranın nə əlaqəsi var?! - FOTO

22 İyul 2019 11:00

Mənə elə birisini göstərin ki, hədiyyə almaqdan xoşu gəlmir. Amma elm, texnika və ticarətin müasir inkişafını nəzərə alıb tam səmimiyyətlə deyirəm ki, hədiyyənin məzmunu və mahiyyəti ilə bu gün az adamı təəccübləndirmək olar. O ki qala jurnalisti...

22 iyul - Milli mətbuat və Jurnalistika günü münasibəti ilə gözəl korporativ hədiyyələr aldım. Heç kimin xətrinə dəymək istəmirəm, amma, əzizlərim, evdə şəkil çərçivəsi, qələm komplektləri və stolüstü saatları qoymağa artıq yerim yoxdur. Amma bir hədiyyə elə ürəyimcə oldu ki, az qala ixtisasımı dəyişib İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulmuş Maxi.az şirkətində konsultant - satıcı işləməyə başlayım. Bir neçə jurnalist kolleqamla birgə Milli mətbuat və Jurnalistika günü münasibəti ilə əlaqədar İnteqral şirkətinin nəznində olan Maxi.az mağazalar şəbəkəsinin ofisinə və Gənclik Moll-dakı flaqman mağazasında ekskursiya təşkil etdi.

Holdinqin Şirkətin ofisindəki ekskursiyamız zamanı çox maraqlı və kreativ insanlarla tanış olduq: HR, yəni kadrlarla iş üzrə şöbənin müdiri  İlqar Babazadə, İnformasiya mərkəzinin rəhbəri - Kəmalə Əliyeva, Bonus plus loyallıq programın rəhbəri- Asif Qurbanov.

İlqar Babazadə işə götürülərkən namizədlərdən tələb olunan xüsusuyyətlər barəsində və jurnalistlərin suallarına cavablandıraraq şirkətin işçiləri üçün yaratdığı əla korporativ abu-hava haqqında danışdı.

İnformasiya mərkəzinin rəhbəri Kəmalə Əliyeva şöbəsinin strukturundan danışdı və səkkiz operatorun dayanmadan telefon zənglərinə cavablandırmasından və bütün problemlərin müsbət həll olunması haqqında bizə məlumat verdi. Kolleqamızın ən maraqlı zəng haqqında sualının cavabı hamımızı güldürdü.

Maxi.az-dan telefon və nömrə alan müştəri İnformasiya mərkəzinə zəng edərək xahiş edib ki, Braziliyalı müğənni Şakiradan gələn zənglər onun ailəsində problem yaratdığı üçün bunun qarşısını alsınlar.

Bonus Plus loyallıq programının rəhbəri Asif bəy Bonus plus proqramının plastik kartla deyil, artıq smartfon vasitəsi ilə həyata keçirildiyindən danışdı. Əlbəttə ki, bu maraqlı bir yenilik oldu. Həm də Bonus Plus proqramı İnteqral holdinq daxili bütün şirkətlərdə keçərlidir.

Əlbəttə ki, İnteqral şirkətinin direktoru İlkin Qasımov da bizi qəbul etdi və şirkətin işi ilə əlaqədar bütün suallarımıza ətraflı cavab verdi.

İlkin bəy xüsusuilə vurğuladı ki, İnteqral şirkəti MDB məkanı boyunca analoqu olmayan resurslardan istifadə edir. Məsələn, cəmi bir kliklə korporativ alış ödənişi üçün modul mövcuddur. Yəni düyməni basan kimi dərhal möhürlü müqavilə və faktura açılır ki, ödəniş edib malların siyahısını göstərməklə dərhal istədiyiniz məhsulu əldə edə bilirsiniz. Qiymətləndirmənin üstünlüklərinə gəldikdə isə, İlkin bəy dedi ki, 1997-ci ildə Samsung-dan başlayaraq 15-dən çox disrtribütor müqaviləmiz var (Lenovo, ZTE, Huawey, Phillips, Kenwood, Gorenje, Delonghi, Braun, Vitek, Polaris, Maxwell, Rondell və s.). Məhsulları birbaşa istehsalçıdan vasitəçisiz götürməyimizə görə giymətlərimizdə heç kim bizə rəqib ola bilmir. Sonra İlkin bəy bazarda qiymətlərin  öyrənilməsindən və bu bilginin əsasında onların tənzimlənməsindən də danışdı: "Monitorinqlə birbaşa məşğul olan proqramımız var. Bazarda malların qiymətləri haqqında o dəqiqə məlumatımız olur. Şirkətimizin digər bir üstünlüyü bizim malların Azərbaycanın istənilən bölgəsinə vaxtında çatdırılmasıdır. 1998-ci ildən etibarən, Integral şirkəti ölkənin ən populyar və ən güclü mobil operatorlarından biri olan Azercell-in ən böyük rəsmi distribyutorudur".

Holdinqin binasında yerləşən Keyfiyyət Akademiyasında keçdiyimiz intensiv treninq də çox maraqlı oldu. Aparıcı təlimçi Nuranə Əliyevanın bir saatlıq məruzə və qarşılıqlı sual - cavabdan sonra hər birimiz artıq özünü bu kreativ şirkətin işçisi hesab edirdi.

Sən demə, mağazaya daxil olduğu vaxtla kassirə pul uzadıb istədiyin malı almaq anı arasında böyük bir psixoloji iş gedir. Bu, o demək deyil ki, Keyfiyyət Akademiyasında treninq keçmiş işçilər psixoloji metodlardan istifadə edib müştərinin istəmədiyi malı ona güclə aldırırlar. Sadəcə, professional satıcı - konsultantlar düzgün seçim etməkdə ona yardımçı olurlar.

Əlbəttə ki, bugünkü bazar iqtisadiyyatının tələblərinə əsasən treninqin keçmə üsulu və proqramı sirr olaraq saxlanılır. Bircə onu deyim ki, İnteqral şirkətlər qrupunun ən əsas və önəmli tərkib hissələrindən biri olan Keyfiyyət Akademiyasının dizaynı və treninqin proqramının Azərbaqcanda analoqu yoxdur.

Ən azı dörd saatlıq ekskursiya boyu İnteqralın Marketinq şobəsinin rəhbəri Arzu xanım bizi müşaiyyət etdi və... ürəkdən "nazımızla oynadı".

Əla gün keçirdik. Mənə gəldikdə isə, bilmədiyim və heç vaxt eşitmədiyim bilgiləri öyrəndim. Sonra da Maxi.az-ın qırmızı köynəyini geyib "vitrinin arxasındakı həyat" -la tanış oldum. Sonunda İnteqrala təşəkkürümü bildirib digərlərinə eşitdirmək istərdim: əzizlərim, baxın, görün və öyrənin ki, ölkəmizin "qələm akulalarını" necə maraqlandırıb onlara dəərli bilgi hədiyyələri edə bilərsiniz.

Diqqətinizə görə təşəkkür edirəm!