"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB

22 İyul 2019 14:25

14:25

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirfə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi "Qarabağ"ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub. 2-ci təsnifat mərhələsində İrlandiya "Dundalk"ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək. Çempionlar Liqası, III təsnifat mərhələsi APOEL (Nikosiya, Kipr) - "Sutyeska" (Monteneqro) / "Dandolk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)

----------
11:08

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında baş tutacaq püşkatmada öncə Ağdam klubunun ÇL-dəki rəqibi bəlli olacaq. "Qarabağ"ın səpələnməmişlər səbətində yer alacağı püşk Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

ÇL-in II raundunda Dundalk səddini keçəcəyi təqdirdə, Azərbaycan təmsilçisi Kobenhavn (Danimarka) / TNS (Uels), Celtic (Şotlandiya) / Nomme Kaljyu (Estoniya), Dinamo (Zaqreb, Xorvatiya) / Saburtalo (Gürcüstan), BATE (Borisov, Belarus) / Rosenborg (Norveç) və Sutjeska (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin Ajax-la üz-üzə gələ bilər.

Dundolk-u üstələyə bilməyəcəyi təqdirdə isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Bu halda Qarabağ-ın Partizani (Albaniya) / Sheriff (Moldova), Slovan (Slovakiya) / Feronikeli (Kosovo), Santo Koloma (Andorra) / Astana (Qazaxıstan) və Shkendija (Makedoniya) / Dudelange (Lüksemburq") cütlərinin qalibi, eləcə də "Sarayevo" ilə düşməsi mümkündür. Püşkatma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.

Ağdam klubu Dundolk-la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Qarabağ I təsnifat mərhələsində Partizani-dən güclü olub (0:0, 2:0).

Çempionlar Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

Ajax (Hollandiya)

Celtic (Şotlandiya) - Nomme Kalju (Estoniya) cütünün qalibi

Kopenhavn (Danimarka) - TNS (Uels) cütünün qalibi

Dinamo (Zaqreb, Xorvatiya) - Saburtalo (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) - Rosenborg (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) - Sutjeska (Monteneqro) cütünün qalibi

Səpələnməmişlər

PAOK (Yunanıstan)

Dundolk (İrlandiya) - Qarabağ (Azərbaycan) cütünün qalibi

Maribor (Sloveniya) - AIK (İsveç) cütünün qalibi

Crvena Zvezda (Serbiya) - HİK (Finlandiya) cütünün qalibi

Maccabi (Tel-Əviv, İsrail) - CFR Kluj (Rumıniya) cütünün qalibi

Ferencvaros (Macarıstan) - Valetta (Malta) cütünün qalibi

Avropa Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

Celtic (Şotlandiya) - "Nımme Kalyu" (Estoniya) cütününü məğlubu

BATE (Belarus) - Rosenborg (Norveç) cütünün məğlubu

Dundolk (İrlandiya) - Qarabağ cütünün məğlubu

Maribor (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu

Ferencvaros (Macarıstan) - Valletta (Malta) cütünün məğlubu

Səpələnməmişlər

Sarayevo (Bosniya və Herseqovina)

Partizani (Albaniya) - Serif (Moldova) cütünün qalibi

Slovan (Slovakiya) - Feronikeli (Kosovo) cütünün qalibi

Santo Coloma (Andorra) - Astana (Qazaxıstan) cütünün qalibi

Shkendija (Makedoniya) - Düdelange (Lüksemburq) cütünün qalibi

Milli.Az