Bakı-Şamaxı yolunda qəza - Yaralı Bakıya gətirildi

22 İyul 2019 10:18

Bu gün səhər Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində qeydə alınıb.

Ağır yol qəzasında iki nəfər xəsarət alıb, bir nəfər isə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə yola salıblar. Digər yaralı, 1980-cı il təvəllüdlü Məhərrəmov Adil Cahid oğlu isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən bildiriblər ki, yaralanan şəxs hazırda rentgen müayinəsindədir və vəziyyəti stabildir.

Milli.Az