Şirvanda binada yanğın olub

22 İyul 2019 10:04

Şirvanda binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az