Süni göldə 1 nəfər batıb, axtarış aparılır

22 İyul 2019 07:21

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Gülməmmədli kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az