"Komandanın mübarizəsi məni qane etdi" - Ayxan Abbasov

21 İyul 2019 23:16

"Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. Çalışdıq ki, hər kəsə şans verək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində Rumıniyanın "Petrolul" klubu ilə keçirilən yoxlama oyunundan (2:2) sonra deyib.

Klubun rəsmi saytına danışan gənc mütəxəssis komandasından razı qaldığınə bildirib: "Futboçuların meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq".

Milli.Az