Mixəyin bilinməyən faydaları - Gür saçlara sahib olun

28 İyul 2019 23:25

Yay fəslində günəşdən və dəniz suyundan solğunlaşan saçlarınızı mixəklə canlandıra bilərsiniz. Mixək saç sağlamlığı üçün olduqca faydalıdır. O saçlarınızın itirilmiş parlaqlığını bərpa edəcək və təravətləndirəcək.

Milli.Az bildirir ki, ölkə.az bu möcüzəvi ədviyyatın saça faydalarını araşdırıb.

Mixək saç tökülməsinin qarşısını alır;

Saçların həcmini artırır və saç köklərini möhkəmləndirir;

Mixək saçları parıldadır və canlandırır;
Bu ədviyyat saçqıranları müalicə edir və uzanmasına yardımçı olur;

Mixək qarışımını hazırlamaq üçün aşağıdakı resepdən istifadə edə bilərsiniz:

1 litr qaynanmış suya 15-20 ədəd mixək əlavə edin. Qarışımı 24 saat boyunca qaranlıq yerdə saxlayın. Sonra içərisindəki mixəkləri çıxarıb, istifadə edin. Sonra bu su ilə saçlarınızı yaxalayın. 

Milli.Az