Ukraynada parlament seçkiləri keçirilir

21 İyul 2019 20:06

Bazar günü Ukraynada ölkə parlamentinə - Ali Radaya - növbədənkənar seçki keçirilir.

Bu seçkilərdə 22 siyasi partiyanın nümayəndələri iştirak edirlər.

Radada 450 yerdən 225 yerə seçki partiya siyahıları üzrə keçirilir, 119 yerə seçki majoritar sistem üzərində qurulub, qalan yerlər isə azad qalıb.

Vəzifəsinin icrasına rəsmən başlayandan dərhal sonra prezident Zelenskinin atdığı ilk addım Ukrayna parlamentinin buraxılacağı haqqında qərar olub.

O, bunu ukraynalılar arasında hazırkı deputatlara etimadın aşağı olması ilə izah edib.

Seçkilərdən qabaq Rusiya Ukraynanın "Müxalifət platforması" partiyası və bu təşkilatın liderlərindən biri Viktor Medvedçuka dəstək verib.

Viktor Medvedçukun rusiyalı siyasətçilərlə sıx əlaqələri var, o eləcə də Vladimir Putinin yaxın dostudur.

Milli.Az