“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

21 İyul 2019 17:04

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərbəst güləşçimiz Murad Haqverdiyev qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edib - 11:4.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.

Milli.Az