Azərbaycanda ağlr qəza: sürücünün qolu kəsildi

21 İyul 2019 15:44

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Şəmkir-Kür qəsəbəsi yolunda baş verib.

"VAZ 21 06" markalı minik avtomobili "KAMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı minik avtomobilini idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

İlkin məlumata görə, qəzaya yüksək surət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az