Arvadının şikayətindən sonra Azərbaycandan qaçan Fərid Səlimov Moskvada saxlanıldı

21 İyul 2019 15:37

Qadını nikaha məcbur edən azərbaycanlı Moskvada saxlanılıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Fərid Səlimovun qanuni həyat yoldaşı polisə müraciət edərək Azərbaycanda məcburən ərə verildiyini bildirib.

Maraqlıdır ki, şikayətçi artıq iki uşaq anasıdır, lakin bunun öz istəyi ilə olmadığını deyir.

F.Səlimov isə arvadının polisə müraciət etdiyini duyar-duymaz Rusiyaya qaçmaqdan başqa əlacı qalmayıb.

Hazırda onu deportasiya gözləyir.

Milli.Az