Ermənistanda hərbçi öldü - Müəmmalı şəkildə

21 İyul 2019 15:02

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Milli.Az