Əsəd rejimi bu bölgəni xəritədən silməyə çalışır

21 İyul 2019 13:22

Bəşər Əsəd rejimi və dəstəkçilərinə aid hərbi təyyarələr İdlib gərginliyi azaltma bölgəsi sərhədləri içərisindəki Xan Şeyhuna iki gündür davamlı hücumlar edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, İdlib Mülki Müdafiə rəhbəri Mustafa Həc Yusif fevral ayından davam edən hücumlara görə bölgədəki əhalinin təxliyə edildiyini, yaşayış məntəqələri və idarələrin istifadəyə yararsız hala düşdüyünü deyib.

"Xan Şeyhunda sadəcə heyvanlar yaşamasına baxmayaraq, hücumlar dayanmır. Rejim və dəstəkçiləri Xan Şeyhunu xəritədən silməyə çalışır", - Yusif bildirib.

Milli.Az