Türkiyədən növbəti əməliyyat: 3 PKK terrorçusu məhv edildi

21 İyul 2019 09:29

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdaifə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Türkiyə HHQ "Pəncə" əməliyyatı ilə koordinasiyada İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib".

Milli.Az