Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi

20 İyul 2019 23:48

Hazırda həbsdə olan futbolçular - "Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin azadlığa çıxacağı tarix müəyyənləşyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist və aparıcı Olqa Skbeyeva "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Mamayev bu il noyabrın 6-da, Kokorin isə dekabrın 7-də həbsdən çıxacaq.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Milli.Az