"Tottenhem"dən Eriksenə yeni müqavilə - həftəlik 200 min avro

20 İyul 2019 23:46

"Tottenhem" aparıcı futbolçusu Kristian Erikseni komandada saxlamaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu danimarkalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Əgər 27 yaşlı oyunçu komandada qalmağa razılıq versə, həftəlik gəliri 200 min funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər sözləşməsi var. Təcrübəli futbolçunun hazırkı qazancı həftəlik 80 min funtdur.

Milli.Az