Sabunçuda 28 yaşlı oğlan bıçaqlandı

20 İyul 2019 23:17

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayonun Pirşağı qəsəbəsində 1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az