İŞİD-ə 30 min pul göndərən azərbaycanlı HƏBS EDİLDİ

20 İyul 2019 21:31

Rusiyanın Şimali Qafqaz Hərbi Məhkəməsi Azərbaycan vətəndaşı Erik Şabanova hökm oxuyub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Şabanov İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına maliyyə yardımı etməkdə günahkar bilinib.

Məhkəmə istintaqı sübut edib ki, Şabanov 2016-cı il ərzində İŞİD-ə 30 min rubl (500 dollar) həcmində maddi yardım edib.

Milli.Az