5500 manat oğurlayan cibgirlər saxlanıldı

20 İyul 2019 17:58

Oğurluqda şübhəli bilinən Şəmkir şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 28-də rayon sakini V.Qələndərova məxsus 5500 manat pulu cibindən oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Musayeva və A.Abbasov saxlanılıblar.

Milli.Az