Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 6 nəfər təxliyə olundu

20 İyul 2019 17:40

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az