Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

20 İyul 2019 16:13

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda bir Azərbaycan vətəndaşı itkin düşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Azərbaycan vətəndaşının axtarışları davam etdirilir.

Hesabat dövründə qonşu ölkədə 4 Səudiyyə Ərəbistanı, 8 Belçika vətəndaşı, 1 Qazaxıstan vətəndaşı və 2 Rusiya vətəndaşı itkin düşüb. Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Belçika vətəndaşlarının 4-ü, Rusiya vətəndaşlarının isə 1-i sağ-salamat tapılıb.

İtkin düşən Gürcüstan vətəndaşlarının sayı isə 130 nəfər təşkil edib. Onların 41-i sağ-salamat, 5-i isə ölü tapılıb. 

Milli.Az