“Honda” 94 mindən çox avtomobilini geri çağırdı

20 İyul 2019 15:33

Yaponiyanın nəhəng avtomobil şirkəti "Honda"nın çinli ortağı "Guangqi Honda Automobile Co" ("GAC Group") 94 min 680 ədəd avtomobilini geri çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb kimi hava yastıqlarında müəyyən edilmiş qüsur göstərilir. 

22 iyulda başlaması planlaşdırılan bu proses 11 noyabr 2002-ci il- 27 iyul 2015-ci il tarixlərində istehsal edilən "Fit", "City", "Odyssesy" və "Everus S1" modellərinə, 5 iyul 2012-ci il- 1 mart 2013-cü il tarixlərində idxal edilən "Fit Hybrid" sedan modelinə məxsus avtomobillərə şamil olunacaq. 

Avtomobillərin qüsurlu hissələri ödənişsiz dəyişdiriləcək.

Milli.Az