Saakaşvili parlament seçkisindən imtina etdi

20 İyul 2019 13:45

Mixail Saakaşvili öz partiyasının - Yeni Qüvvələr Hərəkatının Ukraynada keçiriləcək parlament seçkisində iştirakını dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Saakaşvili partiyasının tərəfdarlarını Vladimir Zelenskinin partiyasına səs verməyə səsləyib:

"Mənim artıq suallarım peyda olub, amma düşünürəm ki, prezident Zelenskiyə çoxluğu formalaşdırmaq üçün şans vermək lazımdır. Ona görə də hazırda hər faiz önəmlidir", - deyə o bildirib.

Saakaşvili partiyasının toplayacağı səslərin Zelenskiyə mane olmasını istəmədiyini deyib.

Qeyd edək ki, Ukraynada parlament seçkisi oktyabrda baş tutacaq. Sonuncu rəy sorğularına əsasən, əhalinin 49,5%-i parlament seçkisində Zelenskinin Xalqın Xidmətçisi Partiyasını dəstəkləməyə hazırdır. Ondan sonrakı yerlərdə Yuri Boykonun Müxalifət Platformu (10,5%), Pyotr Poroşenkonun Avropa Həmrəyliyi (7,7%), Yuliya Timoşenkonun Batkivşina (6,9%) və Svyatoslav Vakarçukun Səs partiyaları (5,9%) qərarlaşıb. Saakaşvilinin partiyası da daxil olmaqla digər partiyaların hər birinin səs faizi isə 5%-dən az olub.

Milli.Az