İraqda Türkiyə hərbçisi şəhid oldu

20 İyul 2019 12:50

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində bir türk hərbçisi həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin əməliyyat zamanı daha 6 türk hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında Xakurk rayonunda xüsusi genişmiqayslı əməliyyatlar başlayıb.

Milli.Az