iPhone markalı telefonlar qızaraq partlamağa davam edir

23 İyul 2019 08:21

Telefonlar yanmağa davam edir!

Milli.Az chip.az-a istinadən bildirir ki, bu gün gələn xəbərlərə görə, Kaliforniyada 11 yaşlı bir qız iPhone 6 ilə oynayarkən əlindəki telefondan birdən-birə qığılcımlar çıxdığını görüb və qorxudan onu yerə atıb. Yerə düşən telefon anındaca alov alıb.

Son zamanlar artan və təəssüf ki, artıq tanınmış markaların telefonlarının yanma məsələsi bir daha gündəmə gəldi. Bu dəfə xəbərlər Kaliforniyadan gəldi. Belə ki, iPhone 6, öz-özünə yanmağa başlayıb və partlayıb.

Kayla Ramos adlı 11 yaşlı bir qızın sözlərinə görə, əlindəki telefondan bir anda qığılcımlar çıxmağa başlayır. Ramos, təbii olaraq qorxur və telefonu otağa tərəf atır, sonra isə bir adyalının üstünə düşən telefon alovlar içində yanmağa başlayır. Telefonun batareyası tamamilə külə dönür.

Ramos, telefonu adətən Youtube-də video izləmək üçün istifadə etdiyini və kiçik qardaşlarının adətən oyun oynamaq üçün istifadə etdiyini bildirib. Kayla Ramos-un anası isə telefona heç bir şəkildə orijinal olmayan şarj kabelləri qoşmadığını və telefonun təmirə məruz qalmadığını bildirib. Ramos-un anasının sözlərinə görə, o, Apple ilə əlaqə qurub. Şirkət isə keçmiş olsun diləklərini çatdırıb və ailəyə yeni telefon göndərərək yanan telefonu araşdırma labaratoriyasına alıb.

Bu, ilk dəfə gördüyümüz iPhone yanma hadisəsi deyil. Keçən ilin dekabr ayında bir şəxsin cibində olan iPhone XS Maks yanıb, partlamışdı. O hadisədən bir ay əvvəl də bir iPhone Xun iOS 12.1 yenilənmə prosesində qızmışdı. Əlbəttə, yanma xəbərlərini yalnız Apple cihazlarından almırıq. Bu yaxınlarda birdən çox Oneplus One cihazının Hindistanda yandığı xəbərləri də yayımlanmışdı.

Milli.Az