Android Q'nü ilk olaraq hansı Honor smartfonları əldə edəcəklər?

23 İyul 2019 08:15

1 ay bundan öncə Huawei şirkəti özünün 20 ədəd smartfon modelinin Android Q əməliyyat sistemini əldə edəcəyini təsdiqləmişdi. İndi isə şirkətin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un hansı smartfon modellərinin ilk olaraq yeni əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, ənənəyə sadiq qalaraq siyahıdakı modellərin çoxusunun flaqman modellər olması ilə yanaşı bəzi büdcəli modellər də var. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə Android Q-nü əldə edəcək Honor smartfonları aşağıdakı kimidir:

- Honor 20

- Honor 20 Pro

- Honor 20 Lite

- Honor V20

- Honor 10

- Honor 10 Lite

- Honor 8X.

Çox güman ki, bu smartfon modelləri Android Q əməliyyat sistemini ilk əldə edəcək Honor modelləridir. İstisna deyil ki, şirkət Honor brendindən olan cihazların sayını artırsın. Gözləntilərə əsasən Honor smartfonları Android Q ilə birlikdə həmçinin Magic UI 3.0 istifadəçi interfeysini də əldə edəcəklər.

Milli.Az