"Xəbərlər"in aparıcısını qısa geyiminə görə qınadılar - FOTO

20 İyul 2019 10:49

Türkiyənin Star TV kanalında yayımlanan "Xəbərlər" proqramının aparıcısı Nazlı Çelik Instagram-dakı paylaşımına görə tənqid edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, illərdir Star TV-də aparıclıq edən Nazlı Çelik qızı ilə birlikdə tətilə çıxıb.

O, dincəlmək üçün Türkiyənin Balıkesir vilayətini seçib.

Aparıcı şəxsi Instagram hesabında qısa geyimdə olduğu fotolarını paylaşıb. İzləyicilərin fotoya reaksiyası fərqli olub. Belə ki, aparıcını həmişə ciddi geyimdə görməyə öyrəşən izləyicilər onu qısa geyiminə görə qınayıblar.

İsmayıl
Milli.Az