Müğənni ərinin belinə çıxıb, bikinili ŞƏKLini paylaşdı

20 İyul 2019 17:45

Məşhur rus müğənnisi Nataşa Korolyovanın yeni paylaşımı maraq doğurub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçı məzəli paylaşımları ilə daima izləyicilərin diqqət mərkəzindədir.

Bu dəfə Korolyova həyat yoldaşı Serqey Qluşko (Tarzan) ilə səyahətdən məzəli foto paylaşıb.

O, çimərlik geyimində günəşlənən ərinin üzərinə uzanaraq fotokameraya poz verib. Müğənni fotosunu belə şərh edib:

"Qızlar, yalnız Çernoqoriyadan xüsusi təklif. Bu, yalnız şahzadələr üçün yataqdır. Çox rahatdır, ancaq bahalıdır".
Nataşanın həyat yoldaşı Tarzan da onun bu zarafatına yumorla cavab verib. O da "İnstaqram" səhifəsində Nataşanın sözügedən fotosunu paylaşaraq belə yazıb:

"Su pərisi tutmuşam. Qoymuşam günəşin altında qurusun".

Foto qısa müddət ərzində yüz  minlərlə insan tərəfindən bəyənilib. Onlar cütlüyə çox sayda xoş şərhlər yazıblar.

Milli.Az