"Biz çəkəndə, Azərbaycanda heç kim film çəkmirdi"

20 İyul 2019 10:32

"Bu şəhərdə" komandasının çəkdiyi "Şabaş" filmi noyabrda təqdim ediləcək.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə Muz TV-yə komandanın baş prodüseri Müşviq Abbasov açıqlama verib. Abbasov indi film çəkənlərin bostanına daş atmağı da unutmayıb:

"Çəkdiyimiz "Şabaş" filmi hazırda montaj mərhələsindədir. Vaxtilə biz film çəkəndə Azərbaycanda heç kim film çəkmirdi. Hamı çəkdi, qurtardı. Dedik ki, indi biz də özümüzü göstərək".

Qeyd edək ki, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun baş rollarını paylaşdığı "Ci Mi" filmi təxminən 15 il öncə lentə alınıb.

Milli.Az