Türkiyədə kütləvi zəhərlənmə: 56 nəfər xəstəxanaya yerləşdirilib

20 İyul 2019 09:20

Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət ediliblər.

Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.

Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar.

Milli.Az