Çində zavodda partlayış nəticəsində ölənlərin sayı artıb

20 İyul 2019 07:45

Çinin Henan yalətində zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərin sayı 10 nəfər çatıb. Bundan əlavə 5 nəfər itkin düşmüş sayılır, 19 nəfər isə xəsarət alıb.

Daha əvvəl 2 nəfərin öldüyü, 18 nəfərin xəsarət aldığı və 12 nəfərin itkin düşüdüyü bildirilirdi.

Hazırda hadisə yerində xilasedicilər, yanğındösndürənlər və həkimlər işlərini davam etdirirlər.

Xatırladaq ki, partlayış ötən gün yerli vaxtla saat 17:50-də baş verib. Partlayış nəticəsində zavodun işi tam dayandırılıb.

Milli.Az