Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

20 İyul 2019 07:25

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Misirdə təşkil olunan tunirin həlledici matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.
Qeyd edək ki, Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.
 
19 iyul
 
Seneqal - Əlcəzair 0:1
Qol: 
Bunedjah, 2
Milli.Az