Bakıya yeni metro vaqonları gətirilir

19 İyul 2019 20:27

"Bakı Metropoliteni" 10 yeni vaqon alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti 10 yeni vaqon Rusiyanın paytaxtı Moskvadan yola düşüb. Vaqonlar Bakıya çatıb sazlandıqdan sonra xəttə buraxılacaq.

Qeyd edək ki, vaqonların Bakıya avqust ayında çatacağı gözlənilir.

Milli.Az