“Nə etsəniz də, tanınmayacaqsınız” sözləri Şəbnəmi əsəbləşdirdi

19 İyul 2019 19:50

Sentyabrın 8-i İstanbulda konsert verməyə hazırlaşan müğənni Şəbnəm Tovuzlunu izləyicisi özündən çıxarıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, ifaçının konserti ilə bağlı paylaşımına bir izləyicisi " Bunların pullarına heyfi gəlmir. Onsuz nə desəniz də, Türkiyədə Zeynəbdən başqası tanınmır. Bunu bilin" şərhini yazıb. 

Şəbnəmin izləyicisə cavabı gecikməyib:

"Sən narahat olma. Biz ora pul töküb getmirik. Türkiyənin böyük şirkəti bizə pul təklif edib, xahişlə konsert verməyimizi istəyib. Məni kifayət qədər tanıyırlar. Sən ürəyini təmiz tut".

Qeyd edək ki, Ş.Tovuzlunun konsertinə 1 ay yarım vaxt qalsa da, biletlərinin 75 faizi satılıb.

Milli.Az