Onlara rüşvət təklif olunub

19 İyul 2019 19:26

İngiltərə milli komandasının sabiq futbolçuları Sol Kempbell və Sten Kollimora Qətərdə keçiriləcək DÇ-2022-ni tənqid etmək üçün rüşvət təklif olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hər iki oyunçu  "The Times" nəşrinə açıqlamasında məlumatı təsdiqləyib. Belə bir tənqidi fikirlər bir neçə il əvvəl Londondakı konfranslardan birində səslənməli idi. Bütün bunlar isə DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsinə maneə olmaq istiqamətindəki planın tərkib hissəsi olub.

İddia edilir ki, bunun arxasında bəzi Fars körfəzi ölkələrinin Qətərlə gərgin münasibəti dayanıb.

Milli.Az