Ən çox varlının yaşadığı ölkələr məlum oldu - SİYAHI

21 İyul 2019 22:05

İngiltərənin beynəlxalq əmlak şirkəti "Savills"in araşdırmasına görə, dünyada ən çox milyarderin yaşadığı yer ABŞ-ın Nyu-York şəhəridir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, aparılan araşdırmaya görə, Nyu-Yorkda ümumilikdə 85 milyarder məskunlaşıb.

Araşdırmanın nəticəsinə, əsasən bu şəhərdə varlıların sayının çox olması, burada əmlak qiymətlərinin son beş ildə 15% artmasına səbəb olub. "Savills" dünyanın ən böyük və inkişaf etmiş şəhərləri arasında apardığı araşdırmada, gəlir səviyyəsi yüksək insan sayı ilə lüks əmlak qiymətləri arasındakı əlaqəni müəyyən edib.

Buna görə, şəhərdə milyarder sayı artdıqca, buradakı lüks əmlak qiymətlərində də artım müşahidə olunur. Siyahıda Nyu-York şəhərindən sonra ikinci yerdə 79 milyarder ilə Honk Konq, üçüncü yerdə 71 milyarder ilə Rusiyanın paytaxtı Moskva şəhəri olub. Siyahının dördüncü pilləsində isə Çinin paytaxtı Pekin, ümumilikdə 61 milyarder ilə qərarlaşıb.

Dünyada əmlak qiymətlərinin ən bahalı olduğu yer isə Honk Konq şəhəri olub. Burada daşınmaz əmlak qiymətləri son beş ildə 51% artım göstərib.

Dubay isə 15 milyarder ilə siyahının son sıralarında yer alıb. Dubayda əmlak qiymətlərinin son bir il içində 13% artdığı bildirilib.

Almaniyanın paytaxtı Berlin şəhərində ümumilikdə yeddi milyarder məskunlaşıb. ABŞ-ın Miami şəhəri isə siyahının sonunda yer alıb.

Milli.Az