Məşhur araşdırma şirkətinin 60% satılır: 4 milyard xərclənəcək

21 İyul 2019 20:25

Britaniyanın reklam və marketinq şirkəti WPP ötən ildən bu yana bazar araşdırma şirkəti "Kantar Group"un böyük bir səhmini alacaq strateji və maliyyə partnyoru axtarışını davam etdirib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, iyun ayında görüşlərə başladığı "Bain Capital" şirkəti ilə nəhayət ki, razılığa gəlib.

"Bain Capital" 4 milyard dollar qarşılığında "Kantar Group"un 60%-lik səhmini alacaq. Vergilər xaricində WPP-nin kassasına daxil olacaq 3,1 milyard dolların 60%-i isə borcların azaldılmasına ayrılacaq. 1,2 milyard dollar isə səhmdarlara veriləcək.

Milli.Az