Baxçalıdan F-35 açıqlaması: Biz də düzəldərik!

21 İyul 2019 20:11

Sanksiyalar bizə təsir etməyəcək. F-35 proqramından Türkiyəni çıxarmaq xətası yeni bir başlanğıca səbəb olacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.

"Türkiyənin təcrid olunması cavabsız qalmayacaq. Pis qonşu insanı ev sahibi edərmiş. Türk milləti heç kimin əlinə baxmaz. Biz də düzəldərik. Tələb olunan ağıldırsa, türk milləti ağıllıdır, türk milləti çalışqandır", - Baxçalı bildirib.

Milli.Az