2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcək

21 İyul 2019 23:35

4 il sonra "5G" texnologiyasını dəstəkləyən smartfonların sayı belə mobil şəbəkələrə qoşula bilməyən qurğularla müqayisədə daha çox olacaq. "Gartner" analitik şirkəti belə proqnoz verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin gözləntilərinə görə, 2023-cü ilədək smartfon satışlarının 51%-i "5G" modellərin payına düşəcək.

Bundan əvvəl 2019-cu ildə ABŞ, Cənubi Koreya, İsveçrə, Finlandiya və Böyük Britaniyanın bir sıra şəhərlərində "5G" şəbəkəsi istifadəyə verilib. Sözügedən texnologiyanın böyük şəhərlər xaricində tətbiqi üçün operatorlara müəyyən vaxt lazımdır.

Milli.Az