İndiyə kimi BTC-yə 115,3 milyon ton neft vurulub
12 Aprel 2010 18:10
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, yanvar-mart aylarında bu göstərici 8,2 milyon ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin aprel ayının 1-nə qədər Ceyhan limanından 112,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Mart ayı ərzində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 3,08 milyon ton Azərbaycan nefti nəql olunub. Bu ilin yanvar-mart aylarında bu kəmərlə 8,8 milyon ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu ilin aprel ayının 1-nə qədər BTC-yə 115,3 milyon ton neft vurulub.
Milli.Az