Dənizdə batmaq təhlükəsi olan 2 nəfər xilas edildi - FOTO

19 İyul 2019 15:16

Xəzər dənizində batmaq təhlükəsi olan 2 nəfər xilas edilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Milli.Az-a verilən məlumata görə, Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan "VE-396" bort nömrəli "Yamaha - 48" tipli qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin "Tufan" tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

Milli.Az