Gözləri qorumağın 5 qızıl qaydası

19 İyul 2019 20:15

Mütəmadi olaraq dəyişən hava şəraiti gözlərimizə də təsirsiz ötüşmür. Bunu dəyişmək üçün bir sıra qaydalara əməl etmək lazımdır.

Milli.Az medicina.az-a istinadən maraqlı məlumatları təqdim edir.

Dəyişkən hava şərtlərindən bütün orqanizmimiz öz payını alır. İmmun sistemi zəifləyir və gözlər də xəstəliklərə qarşı qoruyucu gücünü itirir.  Soyuq və quru havalar gözlərdə qızarılığa, qaşınmaya, sulanmağa səbəb olur. Belə halda gözlər mikrob qapmış olur. Məktəb, alışveriş mərkəzləri, avtobus, adamların sıx olduğu və qapalı olan yerlərdə göz xəstəliklərinə yoluxma riski daha yüksəkdir. Həssas gözlərə sahib insanlar mütləq qorunmalıdır. Kondisionerin təmziliyinə də fikir verilməlidir. Xüsusi ilə orqanizmi zəif olanlar bol-bol vitamin qəbul etməlidir.
 
1.Göz qızarıqlığına ciddi yanaşın

Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum qaçmış kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə mütləq göz həkiminə müraciət edin.
 
2.Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın

Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzim prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.
 
3. Kompüter istifadə edərkən fasilə verin

Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.

4. Gün eynəyi yalnız aksesuar deyildir

Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin.
 
5. Linzalarınızın təmizliyinə diqqət yetirin

Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminiz tərəfindən təsdiq edilmiş damla və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.

Milli.Az