Hepatit və sirroz xəstələri üçün - Təmizləyici pəhriz qaydası

19 İyul 2019 23:39

Qaraciyər xəstəliklərində, hepatit, sirrozda xəstələr ayda 1-2 gün qidadan imtina edib, təmizləyici və aclığa bərabər pəhriz günü elan etməlidirlər.

Milli.Az medicina.az-a istinadən bu xəstələrin yay aylarında edə biləcəyi qızıl qaydanı təqdim edir. 

Həftədə 1 gün əlavə digər qidaları yemirsiz, 2 kq xiyarı 5 yerə bölüb, gün ərzində onu yeyib bitirirsiz. Su içə bilərsiz.

Növbəti həftədə 1gün isə qarpız günü elan edib, 2 kq qarpızı 5 bərabər yerə bölüb, gün ərzində yalnız onu yeyirsiz.

Milli.Az