Gözəl olmaq ən şanssız insan olmaq deməkdir. Qadınlar gözəlliyimə görə məni hədsiz qısqanır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Söhbətsiz" proqramında Əməkdar artist Gülüstan Əliyeva deyib.
Sənətçi gözəlliyinin ona problem yaratdığını bildirib:
"Gözəlliyim mənə mane olub - Hansısa tədbirdə, məkanda və s. Tək qadın olduğuma görə həmcinslərim məni həyat yoldaşlarına qısqanıblar.
Həm sənət yoldaşlarım, həm də sıravi xanımlar. Həyat yoldaşının yanında özünü dəyərli, qadın kimi hiss edənlər ərlərinin məni çox istədiyini deyiblər.
Hətta bir neçə fakt var ki, plastik əməliyyat üçün həkimə gedən qadınlar belə mənim bədən quruluşumdan istəyib".
Milli.Az