"Ağac adam" normal həyata döndü - 16 əməliyyatdan sonra

19 İyul 2019 21:35

Banqladeşli Abul Bacandar nadir xəstəlik olan epidermodisplaziyadan əziyyət çəkir. Anadangəlmə olaraq papilomma virusunun bədəndə çox sayda və nəhəng çıxması ilə xarakterizə olunur. Nəticədə xəstənin əl-ayaqlarında iri ət törəmələr, sanki ağac budaqları çıxır. Bu adamları ağac adamlar da adlandırırlar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Abulda xəstəlik 10 yaşında olarkən başlayıb. Tədricən vəziyyəti pisləşib, əl-ayağında törəmələr artıb, nə məktəbə, nə işə gedə bilməyib. Artıq gənc əlində qaşıq belə tutmaz hala gəlmişdi. 

Həkimlər onun xilası üçün çoxsaylı əməliyyatlar lazım olduğunu bildirmişdi. İlk əməliyyat 2016-cı ildə keçirilib. 1 il yarım xəstəxanada yatan Abulun üzərində 16 əməliyyat aparılıb. Onun əl-ayağından ümumilikdə 5 kq törəmə papillom çıxarılıb.
 
İndi o ayaqları və əlləri ilə iş görə bilir. Həkimlər ümid edir ki, ziyillər bir daha çıxmayacaq. İndi gənc qızını rahat qucaqlayıb, işə gedəcəyi üçün çox xoşbəxtdir.

Milli.Az