"Mənzurəylə zarafatımız var" - Manafdan borc açıqlaması

19 İyul 2019 13:41

Müğənni Manaf Ağayev Mənzurə Musayevaya borc verməməsindən danışıb.

Milli.Az xəbər verir ki, İfaçı ölkə.az-a açıqlamasında bildirib ki, burada qəbahət yoxdur:

"Belə bir hadisə 6-7 il bundan əvvəl olub. Mənzurə xanım məndən borc istədi, mənimsə üzərimdə həmin an verməyə pul olmadı. İndi olmayanda olmur da, nə etmək olar? İndi sizdən kimsə istəsə, üstünüzdə pul olmasa, nə edərsiniz? Həm də ki, mən o vaxta toy üçün hansısa rayona getmişdim. Burda da deyildim".

Əməkdaşımızın "Mənzurə xanımın bunu efirdə söyləməsi sizcə doğrudur?" sualına isə müğənni belə cavab verib:
"Burada şişirdiləcək bir şey yoxdur. Mənzurə nə deyir, düz deyir. Bizim aramızda zarafatımız var".

Qeyd edək ki, Mənzurə Musayeva Xəzər televiziyasında yayımlanan "5 də 5" verilişində Manaf Ağayevdən 5000 manat borc istədiyini, onun isə imtina etdiyini bildirib.

Milli.Az