İlan yaşlı kişini komaya saldı - FOTO

19 İyul 2019 21:25

Türkiyənin Diyarbakır vilayətində qorxunc hadisə yaşanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, kənd sakini bostanda iki metrlik ilanı görüb daşlamağa başlayıb. Gözdən qaçan yaralı ilan müəyyən müddət sonra kişiyə hücum çəkib. 

40 yaşlı kişi sürüngənin hücumundan güc-bəla ilə xilas olub. Hadisəni görən qohumları yaralını xəstəxanaya çatdırıblar.

Onun vəziyyəti yaxşı olmadığından təcili olaraq reanimasiyaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazırda vəziyyəti kritik olaraq qalır.

Milli.Az