Avstriyada təyyarə QƏZASI: ölənlər var

19 İyul 2019 12:46

Avstriyada təyyarə qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, təyyarə Vatterştayn dağlıq ərazisində qayaya dəyib. Toqquşmadan sonra təyyarə alışıb.

Təyyarənin "Cessna" şirkətinə məxsus olduğu və Almaniyaya uçduğu qeyd edilir.

Həlak olanların şəxsiyyəti hələ müəyyən olunmayıb. Hadisə yerində tədqiqatlar aparılır.

Milli.Az