Dünya bu toy FOTOsundan danışır - Qayınana toyda bəyin əlindən tutub, oğlunun yanından ayrılmadı

19 İyul 2019 12:55

Toyla bağlı sosial şəbəkələrdə yayılan foto maraq doğurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmayan gəlin toydan bir neçə gün sonra toy şəklini paylaşaraq qayınanasından gileylənib.

Reddit-də paylaşılan foto müzakirələrə səbəb olub. Belə ki, qayınana qəsdən oğlunun əlini tutaraq, gəlinin bəyi qucaqlamasına mane olub.

Fotonun hansı ölkədə çəkildiyi qeyd olunmayıb.

Emin
Milli.Az