"FaceApp" iddialara cavab verdi

19 İyul 2019 11:15

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş "FaceApp" tətbiqi haqqında yayılmış iddialara cavab verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

"Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir", - Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: "FaceApp" üzərində iş görülən fotoların böyük hissəsini "buludlar"da saxlayır. Biz, sadəcə, istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir".

Qeyd edək ki, ABŞ Senatında demokratların lideri Çak Şumer "FaceApp" tətbiqinin insanların məlumatlarını üçüncü tərəfə satması ilə bağlı iddia ilə çıxış etmişdi.

Milli.Az